Yusf Laval "Neftçi"yə keçidinə görə çox sevinir. 22 yaşlı nigeriyalı vinger bu transferim özünü göstərmək üçün yaxşı imkan olacağını hesab edir:
"Azərbaycan Premyer Liqası yüksək səviyyədədir. Hər gün məşqə çıxmağı səbirsizliklə gözləyirəm. Çünki bu komanda və baş məşqçi üçün meydanda mübarizəyə hazır olmaq istəyirəm".
Xatırladaq ki, Lavalı Türkiyə klubları da heyətinə cəlb etmək istəyib. Belə ki, bu ölkənin 3 klubu gənc afrikalı futbolçuyla maraqlanıb. Sadəcə, həmin komandaların adları açıqlanmayıb.